Mineral yağlar

neft, yanar şist və qazıntı kömürünün emalının maye məhsularından hazırlanan sürtkü yağları.
Mineral xamal
Mühəndis
OBASTAN VİKİ
Yağlar
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı) Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Sintetik yağlar
Sintetik sürtkü yağları -porşenli və qazturbinli mühərriklərdə kompressor və soyuducu maşınlarda , dişli ötürücü reduktorlarda (ilk növbədə vintli), dəqiq cihazlarda , hidravlik sistemlərdə və başqa mexanizmlərdə, həmçinin də istilik daşıyıcısı kimi və elektroizolyasiya, konservasiya sürtkü yağlarının alınmasında və yüksək keyfiyyətli texnoloji, plastik qatı yağların alınmasında baza əsası kimi tətbiq olunan üzvi (o cümlədən element-üzvi) birləşmələrdir. == Sintetik yağların tarixi == Sintetik yağların istehsalının inkişaf tarixi bir amerikan tədqiqatçısının sözünə görə, sərt rus qışında Stalinqrad döyüşlərində meydanda alman texnikasının hərəkətinin donduğu(iflic etdiyi) vaxta təsadüf edir. Döyüş texnikasının soyuqda hərəkət edə bilməməsi almanları təcili olaraq aşağı temperaturlarda donan sürtkü yağları işləıyib hazırlamağa təhrik etdi. Bunun üçün Almaniyanın Düsseldorf şəhərində sintetik sürtkü yağı istehsal edən zavod tikilmişdi. Almanlar sintetik yağ almaq qərarına bir neçə min kimyəvi birləşmələr sintez edərək sınaqdan keçirdikdən sonra gəlmişdilər. Seçim isə dikarbon turşularının efirləri(Diizooktilsebasinat)olmuşdur. Buna baxmayaraq, yeni sintetik yağları aviasiyada tətbiq etmək almanlara nəsib olmamışdı. Düsseldorf şəhəri amerikalılar tərəfindən işğal edilmiş, zavod isə Amerikaya köçürülmüşdü. Sovetlər ölkəsində sintetik yağlar və bu yağlara aid məsələlərlə əsasən, aviasiya sənayesi, istehsalla isə Neft Kimya sənayesi nazirliyi məşğul idi. Keçən əsrin 60-cı illərinə yaxın təcrübi-sənaye miqyasında pentaeritrit efiri bazası əsasında sintetik yağ buraxılmışdı.
İşlənmiş yağlar
İşlənmiş yağlar tərkibində əsasən parafin və aromatik karbohidrogenlər, qocalma məhsulları və metallar olan dizel,aviasiya,həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunan yağlardır. == Tərkibi == Metallar əsasən qurğuşundan ibarətdir. Bu metallar yanacağa qatılan qurğuşun antidefonatorların istifadəsi ilə yağa düşür. Son 70-ci illərdə bu defonatorlara qoyulan məhdudiyyətlə onun istifadəsi hazırda 1,0%-dən 0,1%-dək düşmüşdür. Buna baxmayaraq işlənmiş yağların tərkibində onun azacıq miqdarı ekoloji problem yaradır. Müxtəlif çətinliklərə baxmayaraq işlənmiş yağlardan faydalanmaq aktuallığı davam edir. == Emal prosesləri == Emal prosesləri üç əsas istiqamətdə aparılır: baza komponentlərinin alınması; işlənmiş yağların təyinat növləri ilə regenerasiyası, bu halda qocalma prosesi ilə tərkibdə qalan aşqarların parçalanmasının qarşısını almaqla əmtəə yağlarının yenidən bərpası; işlənmiş yağlar qarışığından emal prosesi ilə yanma sobalarında istifadəsinin təyini. == Toksikliyi == Təəssüf ki, sürtkü yağlarının işlənmiş nümunələrinin ətraf mühitə təsiri və onların müxtəlif sənaye tullantıların ətraf mühitə neqativ təsirini qiymətləndirən yeganə metod olmadığından onların verdiyi ziyanı kəmiyyətcə qiymətləndirmək mümkün olmur. Bu isə insanların zəhərlənməsi ilə əlaqədar onların əmək qabilyyətinin itirməsi, kadrların azalması, milli gəlirin aşağı düşməsi və s. ilə nəticələnir.
Doymamış yağlar
Doymamış yağlar — yağ turşularının triqliseridləri olub, onların molekullarına doymamış yağ turşularının qalıqları - molekullarında karbon atomları arasında ən azı bir cüt kovalent əlaqə olan turşular daxildir. Bu, onların molekullarında karbon atomları arasındakı bütün kovalent əlaqələrin tək olduğu doymuş yağ turşularından fərqidir. Yağ turşularında kovalent əlaqələrin sayı müxtəlif yağlar arasında fərqlidir. Molekulda yalnız bir kovalent əlaqə varsa, belə bir yağ turşusu mono doymamış adlanır. Birdən çox kovalent əlaqə varsa, o, çoxlu doymamışdır. Doymamış yağlar doymuş yağlardan daha aşağı ərimə nöqtələrinə malikdir, buna görə də normal şəraitdə onlar bərk deyil, maye yağlar olurlar. Təbii bitki mənşəli yağlar əsasən doymamış yağlardan, heyvani mənşəli yağlar isə əsasən doymuş yağlardan ibarətdir. Əsasən doymamış yağlardan ibarət yağlara misal olaraq zeytun yağı, günəbaxan yağı, kətan yağı və bir çox başqa bitki yağları daxildir.
Doymuş yağlar
Doymuş yağlar — yalnız doymuş yağ turşularını ehtiva edən triqliseridlər (yağlar) qrupu. Belə turşuların (bəzən alkan turşuları da adlanır) ikiqat və ya üçqat rabitələri yoxdur; onların tərkibindəki karbon atomları yalnız tək rabitəyə malikdir, beləliklə, karbon zənciri hidrogen atomları ilə tamamilə "doymuşdur". Təbiətdə 3 (propion turşusu) ilə 36 karbon atomu olan çoxlu doymuş yağ turşuları var.
Trans yağlar
Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü. Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər. Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir .
Mineral
Minerallar — Yer qabığının tərkibinə daxil olan müxtəlif kimyəvi tərkibə malik olan təbii cisimdir. Müəyyən edilmişdir ki, Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir. Mineral dedikdə fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmə nəzərdə tutulur. == Ümumi məlumat == Yer qabığında 3000-ə qədər mineral vardır. Bunların 50-dən çoxu süxur əmələ gətirən minerallara aid edilir. Süxurlar — bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Yer qatını əmələ gətirən müxtəlif bərklikdə və qalınlıqda kütlələrə dağ süxurları deyilir. Minerallar və süxurlar müxtəlif əlamətlərinə — bərkliyinə, xüsusi çəkisinə, kimyəvi tərkibinə, rənginə, ərimə temperaturuna, əmələ gəlməsinə və başqa göstəricilərinə görə bir-birindən fərqlənirlər. == Mineral ehtiyatları == Fiziki xassələrinə görə onlar bərk, maye və qaz halında olurlar. İstifadələrindən asılı olaraq yanar faydalı qazıntılar və ya minerallar, yanacaq (daş kömür,neft,qaz,yanar cisimlər,qeyri-faydalı qazıntılara qranit,mərmər,qiymətli daşlar və s., metal filizlərinə dəmir, mis, alüminium və başqaları ayrılırlar.
Xüsusi təyinatlı yağlar
Xüsusi təyinatlı yağlar qrupuna — tətbiqi sahəsi dar olan və spesifik şəraitdə istifadə edilən neft və sintetik aşqarlı yağlar daxildir. Bu qrupa vakuum, konservasiya və s. yağlar aiddir == Vakuum yağları == Vakuum yağları- vakuum yaradan avadanlıqlarda işlək maddə kimi istifadə olunur. Təyinatından asılı olaraq BM-3, BM-4, BM-5, BM-11yağları istehsal olunur. == Konservasiya yağları == Konservasiya yağları (KM) – mineral və sintetik yağlar əsaslı, tərkibində əhəmiyyətli dərəcədə çox korroziya inhibitorları olan, korroziya əleyhinə olan müvəqqəti müdafiə vasitələridir. Konservasiya yağları: K-17, НГ-203Р, Kormin və s. === Tətbiq sahəsi === Metal məmulatlarının müxtəlif şəraitdə saxlanılması və yaxud nəqli zamanı onların daxildən və xaricdən konservasiyası üçün istifadə olunur. (İstismar üçün tətbiq olunmur.) == Tekstil avadalığı üçün yağlar == ekstil avadalığı üçün yağlar (рус.И-Л-С, И-Л-Д) – aşqar kompozisiyalı neft distillat yağlarıdır. === Tətbiq sahəsi === Tikiş və toxuma maşın alətləri, trikotaj avtomatlarında və s. sürtkü yağı kimi istifadə olunur.
Aktinolit (mineral)
Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar. == Xassələri == Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari. == Mənşəyi və yayılması == Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b.
Diaspor (mineral)
Diaspor (mineral) — mineral, α- AlOOH (və ya da HAlO2). Al qismən Mn3+, Fe3+, Cr ilə əvəz olunur. == Haqqında == Diaspor - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {061} və {021} üzrə nadir. Ayrılma {010} üzrə mükəmməl, {110}, {210} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: yarpaqvari, gizli kristallik, stalaktitəbənzər. Rəngi ağ, bozumtul; Mn ya da Fe qatışıqları ilə - boz, yaşıl, sarı, çəhrayı, qəhvəyi, qırmızı. Parıltısı şüşəlidən, almaz parıltısı kimi. Sərtliyi 6,5-7.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6—2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO - 9.57%, Al2O3 - 36,84%, Pb2O3 - 34,12%, H2O - 19,47%.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Heliotrop (mineral)
Heliotrop (qanlı daş) — rast gəlmə tezliyi şkalası: nadir. == Haqqında == Heliotrop xalsedonun yaşıl fonda «qan damcısı»nı xatırladan parlaq-qırmızı püruzları olan tünd-yaşıl, mavi-yaşıl növ müxtəlifliyidir. Bəzən sarı rəngli ləkələr müşahidə olunur. Adətən püruzlar heliotropun yaşıl kütləsində qeyri-bərabər paylanır. Onların paylanma xarakterindən və ölçülərindən asılı olaraq yaranan rəsmlərə görə heliotropun xırda- və irirəsmli və zonal növ müxtəliflikləri ayrılır. Heliotrop adətən qeyri-şəffaf, nazik qırıntılarda yarımşəffaf, bəzən işıqkeçirən olur. Badamcıq, jeoda, damarcıq, qeyri-düzgün formalı xırda yığınlarına, əsas etibarilə, effuziv süxurlarda rast gəlinir. Onun əmələ gəlməsi əsasən hidrotermal proseslərlə bağlıdır. Onu əqiq, seladonit, kalsit, xlorit, maqnetit, hematit və b. müşayiət edir.
Kianit (mineral)
Kianit (disten) Al2 [O | SiO4] — Triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Xromkianit (2%-ə qədər Cr2O3), manqankianit. == Xassələri == Rəng – adətən göy və mavi, bəzən sarı, yaşıl, çəhrayımtıl, rəngsiz, nadir hallarda qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından ayrılma müstəvilə-rində sədəfiyədək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,6–3,7; Sərtlik – 4,5–7; mineral üçün sərtliyin anizotropiyası səciyyəvidir: kristalın uzununa istiqamətdə sərtlik 4,5–5, eninə istiqamətdə 6,5–7 arasında dəyişir; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {010} üzrə aydın; Bölünmə – {001} üzrə; Sınıqlar – pilləli; Morfologiya – kristallar: sütunvari, lövhəşəkilli, çox zaman əyilmiş, burulmuş; İkiləşmə: çox vaxt {100} üzrə sadə və {001} üzrə polisintetik; Mineral aqreqatları: dərz şəkilli, radial — şüalı, iynəvari. == Mənşəyi və yayılması == Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b.
Mineral aqreqat
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Mineral aqreqatlar
Mineral aqreqatlar — mineral dənə və ya kristallarının təbii minerallaşma prosesi nəticəsində toplanması və bitişməsi. Belə bitişmə bir və ya bir neçə mərhələdə baş verə bilər. Mineral aqreqat mineralogiyanın ilkin anlayışıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Paul Kukuk: . Springer, Berlin, Göttingen, Heidelberg 1951, S. 144 ff. Walter Schumann: . 16. überarbeitete Auflage. BLV Verlag, München 2014, ISBN 978-3-8354-1171-5, S. 15. Manual on catalyst characterization (Recommendations 1991) // Pure Appl.
Mineral göl
Mineral göl və ya duzlu göl, duz gölü — kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.) göl. == Ümumi məlumat == Mineral göllərin suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. Mineral göllərdən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli mineral göllərində əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
Mineral gübrələr
Mineral gübrələr — tərkibində bitkilər üçün qida elementləri olan birləşmələr, əsasən duzlardır. Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən maddələr yığımından ibarət xüsusi kimyəvi məhsullardır. Bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, Fe, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir. Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır. Makroelementlərin içərisində 3 element - azot, fosfor, kalium bitkilərə daha çox miqdarda lazımdır. Bütün mineral gübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium, maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Mineral gübrələr payız və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) verilir. Gübrələrin orta norması: 30-100 N, 30-60 P2O5 və 45-902 K2O. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır.
Mineral resurslar
Mineral resurslar — hər hansı rayon, ölkə və kontinentdə yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (daş kömür, neft, dəmir filizi, qızıl, volfram və s.) Xüsusiyyət və litosferi təşkil edən bütün maddələr daxildir. Bu resurslar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olduqda metal, qeyri-filiz halında olduqda isə ondan qeyri-metal komponentlər (fosfor və s.) əldə edilir. Həmçinin bu xammaldan tikinti materialı kimi də istifadə olunur. Yanacaq kimi istifadə olunun mineral ehtiyatlar (daş kömür, neft, qaz, yanar şistlər, torf, oduncaq, atom enerjisi) buxar və elektrik enerjisi əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. == Mineral və süfrə suları == Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Pittisit (mineral)
Pittisit — rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – qırmızımtıl-qonur, qəhvəyi, sarımtıl; Mineralın cizgisinin rəngi – oxra çalarlı sarı; Parıltı – qatranı, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 2,2-2,5; Sərtlik – 2-3; Kövrəkdir; Sınıqlar – qabıqvari, tikanlı; Morfologiya – Mineral aqreqatları: kollomorf əmələgəlmələr, qabıqlar, stalaktitlər. == Mənşəyi və yayılması == Filiz yataqlarının oksidləşmə zona-larında arsenopirit və löllingitin hesabına yaranan tipik ekzogen əmələgəlmədir. Birlikdə rast gəldiyi minerallar: hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Rammelsberq (Almaniya); Falun (İsveç). Azərbaycanda Filizçay, Daşkəsən, Şimali-Daşkəsən, Ağdərə yataqlarında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Plaqioklazlar (mineral)
Plaqioklazlar — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Ay daşı – ay işığı sayrışmasını xatırladan mavi irizatsiya edən turş plagioklaz; günəş daşı (avantürin) – hematitin çox incə pulcuqvari möhtəvilərilə zəngin olan qızılı turş plagioklaz; maskelinit – rentgenoamorf plagioklaz. == Xassələri == Rəng – adətən ağ, bəzən bozumtul, göyümtül, yaşılımtıl, çəhrayımtıl, qırmızımtıl çalarlı ağ, avantürinin – qızılı. Labradorda adətən parlaq göydən qırmızı rəngədək güclü irizatsiya müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq– qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,62-dən (albit) 2,76-dək (anortit); Sərtlik – 6,0-6,5; Ayrılma – {001} və {010} üzrə ~ 86° bucaq altında mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, pilləli, Morfologiya – kristallar: nadir hallarda rast gələn lövhəli, lövhəli-prizmatik, çox vaxt zonal; İkiləşmə: albit, periklin və karlsbad qanunları üzrə geniş təzahür edən polisintetik; sadə ikiləşmələr də qeyd edilir; Mineral aqreqatları: dənəvər kütlələr, bəzən, demək olar ki, tamamilə plagioklazlardan ibarət olan monomineral süxurları (albitit, labradorit, anortozit, plagioklazitləri) təşkil edən aqreqatlar, püruzlar, druzalar və fırçalar (albit). == Mənşəyi və yayılması == Plagioklazlar əksər püskürmə süxurların əsas süxurəmələgətirən minerallarından biridir. Albitə, nisbətən az hallarda oliqoklaza turş və qələvi peqmatitlərdə rast gəlinir. Kontakt-metasomatik mənşəli plagioklaz təzahürləri məlumdur. Plagioklazlar metamorfik süxurların, albit isə həm də alp tipli damarların adi minerallarıdır. Plagioklazlara autigen əmələgəlmələr kimi çökmə süxurlarda rast gəlinir.
Xalkozin (mineral)
Xalkozin – Cu2S — Psevdorombik sinqoniya – aşağıtemperaturlu (103°C-dən aşağı) modifikasiya – a-Cu2S; heksaqonal sinqoniya – yüksəktemperaturlu (103°C-dən yuxarı) modifikasiya – b-Cu2S. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – təzə, dəyişilməmiş səthdə qurğuşunu-boz, köhnə səthdə – qara; Mineralın cizgisinin rəngi – tünd-boz; Parıltı – metal, tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 5,5–5,8; Sərtlik – 2,5–3; zəif döyüləndir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Bölünmə – qabıqvari; Başqa xassələr – yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir rast gəlir; lövhəvari, qısasütunvari; İkiləşmə: tez-tez müşahidə olunur; bitişmə və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: sıx kütlələr, püruzlar, qabıqlar, qaysaqlar, torpaqvari əmələgəlmələr, bornit, xalkopirit, hərdənbir sfalerit, kovellin, həmçinin bitki qalıqları üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Həm hipogen, həm də hipergen şəraitdə əmələ gəlir. Hidrotermal yataqlarda rast gəlir. Misli qumdaşları və misli gil şistləri içərisində yerləşən stratiform tipli yataqların əsas filiz əmələ gətirən minerallarından biridir. Xalkopiritin, bornitin və başqa missaxlayan mineralların oksidləşməsi ilə əlaqədar olaraq yaranan xalkozinin əhəmiyyətli yığınları mis filizi yataqlarının sementləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, bornit, tetraedrit, enargit, lyutssonit, kovellin, digenit, malaxit və b. Mineralın tapıldığı yerlər: Kennikot, Byutt, Bisbi, Bristol (ABŞ); Çukikamata (Çili); Redrut (İngiltərə); Mansfeld (Almaniya); Kounrad, Cezkazqan (Qazaxıstan); Almalıq (Özbəkistan) və b. Azərbaycanda xalkozinin əsas hissəsi kolçedan, mis- və molibden-porfir, qızıl yataqlarının (Gədəbəy, Bittibulaq, Qızılbulaq, Qoşa, Paraqaçay, Urumıs, Misdağ, Katsdağ, Cixix-Saqator və b.) törəmə sulfidlərlə zənginləşmə zonasında yerləşir. == Tətbiqi == Sənayenin müxtəlif sahələrində geniş istifadə edilən misin ən zəngin filizidir.
Mineral palçıq
Mineral palçıq – bataqlıqların, dəniz, liman və laqunların, göllərin üzvi və mineral çöküntüləri. Tərkibində olan maddələr hesabına palçıqların fiziki-kimyəvi və biokimyəvi dəyişilmələrə məruz qalır. Mənşəyinə görə onları 3 qrupa ayırırlar. 1-ci qrupda liman və laqun palçıqları (S, K, Na), 2-ci qrupda göl və bataqlıq palçıqları (Na, S, B) və 3-cü qrupda palçıq vulkanları məhsulları (2-ci qrupdan əlavə olaraq Li, Se, F, Br, J və s.) iştirak edir. == Haqqında == Palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur. Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb.
"Badamlı" mineral bulaqları
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq. == Ümumi məlumat == Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır. 1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir. Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir. 1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır. Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır. Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir. == Badamlı mineral su yatağı == Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.